20-02-2018 [15:23]
Əslən Salyan rayonundan olan iş adamı Həsənov Mirpaşa Əliqulu oğlu Azinforum.az-a müraciət edərək bildirib ki, uzun müddətdir Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevə etibar etdiyi külli miqdarda pullunun taleyi ilə maraqlana bilmir.
Onun sözlərinə görə, bir neçə ildir ki, sahibkar Şirzad Abdullayevlə görüşə cəhd etsə də, qəbuluna düşməyə müvəffəq olmur. İş adamı saytımıza açıqlamasında bildirib ki, bu hadisənin tarixi 1993-cü ilə gedib çıxır:
"Həmin vaxt mən bizneslə məşğul olurdum. "Kür” adlı kiçik müəssisəm vardı. Əsasən də, MDB ölkələri ilə mal mübadilələri edirdim. Bunun üçün mən "Azinvestisiya” adlı səhmdar bankında hesab açdırdım. O vaxt sözügedən bankın müdiri Şirzad Abdullayev idi. Yaxşı biznes fəaliyyətim olduğu üçün, hesabımda külli miqdarda pul vardı. Bunu görən Şirzad Abdullayev 1993-cü ildə mənə dedi ki, qoyulan yeni tələbə görə, onun rəhbərlik etdiyi bank Milli Bankdan qeydiyyatan keçməlidir və bunun üçün tələb olunan nizamnamə kapitalı onda çatmır. O, mənə təklif etdi ki, 10 milyon (o vaxtkı məzənnə ilə – red) pul köçürməklə bankın payçısı olum. Elə həmin vaxt mən Şirzad Abdullayevlə müqavilə imzaladım. Həmin müqavilənin notarial təsdiqlənmiş forması mənim əlimdədir. Müqavilənin şərtlərindən aydın görünür ki, məbləği ödəməklə mən Şirzad Abdullayevin bankının payçısı olmuşam. Onların da öhdəlikləri bundan ibarət idi ki, bankın gəlirləri və çıxarları haqda məni hər kvartal məlumatlandırsınlar.
Elə o ərəfələrdə mən işlərimlə əlaqədar bir müddət Rusiyada qalmalı oldum. Ancaq həmin müddətdə də Şirzad Abdullayev bir dəfə də olsun məni axtarmadı. Azərbaycana qayıdandan sonra isə nə həmin bankı, nə də Şirzad Abdullayevi tapa bildim. Bir neçə il üstündən keçəndən sonra eşitdim ki, Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru təyin edilib. Müxtəlif vaxtlarda, dəfələrlə onunla görüşüb bu məsələni aydınlaşdırmaq istəsəm də, məni qəbul etməyib. Mən bunu söz olaraq demirəm, əlimdə dediklərimi təsdiq edən və Şirzad müəllimin özünün imza atdığı sənəd var. Sizin sayt vasitəsilə ondan xahiş edirəm ki, məni qəbul etsin və ona etibar etdiyim külli miqdarda vəsaitin taleyinin necə olduğu barədə məni məlumatlandırsın. Hər halda, bunu tələb etməyə mənim tam haqqım çatır. Axı mən həmin pulları yoldan tapmamışdım, öz halal zəhmətimlə qazanmışdım”.
Azinforum.az olaraq mövzu ilə bağlı Şirzad Abdullayevin də mövqeyini öyrənməyə cəhd etdik, ancaq səylərimiz alınmadı. Qarşı tərəf kimi onun da fikirlərinə yer verməyə hazırıq.
Çinarə SEYİDOVA
Azinforum.az

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi