Azərbaycan Prezidenti ilham Əliyev Amerikaya yola düzüb

img

22-09-2010 [01:54]


Amerika prezidenti Barak Obama bu həftə Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyevlə qörüşəcək. Bu məlumatı Ağ Ev yayıb. BBC xəbər verir ki, Azərbaycan prezidenti artıq Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu səfər zamanı İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının işində iştirak edəcək. Prezident Əliyev ABŞ-a işçi səfəri çərçivəsində prezident Obama, siyasi isteblişment və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Prezident Barak Obama ilə görüş cümə gününə planlaşdırılıb. Vaşinqtonda keçirilən mətbuat konfransında Ağ Evin sözçüsü jurnalistlərə deyib ki, İlham Əliyev və Barak Obama regional məsələlər, Əfqanıstandakı missiyaya yardım və enerji layihələrinə dair məsələləri nəzərdən keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA