Dövlət məmuruna məxsus AA serialı "Mercedes" qəza şəraiti yaratdı - VİDEO

img

20-02-2018 [11:10]


Bu gün səhər saat 08:25 radələrində "10-AA-128" dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil Bakının Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətində hərəkət edərkən yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb.

Dövlət məmurlarından birinə məxsus olan sözügedən avtomobilin sürücüsü işıqforın qırmızı işığında gözləyən digər avtomobillərin əksi istiqamətində hərəkət edərək, kobud qayda pozuntusuna yol verib.

Sözügedən avtomobilin sürücüsü qaydanı pozan zaman ərazidə Yol Polisi əməkdaşları da xidmət aparıb. Avtomobilin qayda pozuntusu ərazidə quraşdırılan kameralara da düşüb/olke.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA