19-02-2018 [11:21]
Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Nazirliyin struktur bölmələrinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən H. Əsədov qeyd edib ki, keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. 2016-cı ildə ölkəyə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton taxıl idxal olunub. Taxıl idxalı üçün təxminən 227 milyon vəsait xərclənir. Bu, böyük rəqəmdir.
Nazir bildirib ki, pambıqyığan kombaynların alınması üçün də müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək: "Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda pambıq əkini planlaşdırılır. Gəncə Avtomobil Zavodu ilə də əməkdaşlıq həyata keçirilir. Artıq 1000-dən çox traktorun alınması ilə bağlı zavodla müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi isə on gün ərzində təmin olunmalıdır. Beləliklə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş başlanmalıdır".
Güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılacağını deyən nazir qeyd edib ki, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırdısa, bu 150 manatadək artırılacaq. Şəkər çuğunduru əkininə xüsusi önəm verilib. 2017-ci ildə düyünün alınmasına 36 milyon dollar vəsait xərclənib. Baramaçılıq sahəsinə diqqət artırıldı və keçən il 245 ton barama əldə edildi. Bu il isə 400 ton barama istehsalı planlaşdırılır.
Nazir bu il Çin Xalq Respublikasından 11 min qutu İpəkqurdu toxumu (qrena) gətirilərək ödənişsiz əsaslarla sahibkarlara veriləcəyini bildirib.
H. Əsədov bildirib ki, ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib. Keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar. Ötən il süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb.
Sonra Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov, Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov və digərləri çıxış edərək, aqrar sahənin kadr potensialından, ixtisaslı kadrların yetişdirilməsindən, Aqrar Universitetdə tələbələr üçün yaradılan şəraitdən, təhsilin səviyyəsinin yüksəldilməsindən, bitkiçilikdə, eləcə də baramaçılıqda əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb, problemlərin həlli yollarından bəhs ediblər.
Yekunda H. Əsədov "Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qarşıdan gələn taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə taxılyığan kombaynların dislokasiya planının hazırlanması, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və bu sahədə işlərin səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab edib. Heydər Əsədov rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Nazir eyni zamanda heyvandarlığın və taxılçılığın inkişafı ilə bağlı qısa müddətdə Dövlət Proqramının hazırlanaraq təqdim olunması üçün Nazirliyin müvafiq şöbələrə tapşırıqlar verib. O cümlədən müasir texnikaların idarə olunması məqsədilə mexanizatorlar üçün qısa müddətli sürücülük kurslarının təşkil olunması, alınmış gübrə və pestisidlərdən düzgün və səmərəli istifadə olunması, süni mayalama mütəxəsislərinin treninqlərə göndərilməsi, təbliğat təşviqat işlərinin gücləndirilməsi, institutlarda ting və tərəvəz toxumunun istehsalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin məlumat bazasının təkmilləşdirilməsi barədə tapşırıq və tövsiyələr verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi