"Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq" - Ərdoğandan yeni açıqlamalar

img

17-02-2018 [15:23]


Türkiyə prezidenti Ərdoğan bu gün Afyonkarahisar şəhərində partiyasının 6-cı konqresində Afrin əməliyyatı haqda danışıb.

Mia.az xəbər verir ki, Ərdoğan tezliklə zəfəri bayram edəcəklərini bildirib: 

"Hər geçən gün zəfərə bir az da yaxınlaşırıq. Unutmayın, səbr edən hər kəs zəfərə çatacaq. Qələbəyə daha yaxınıq. Hazırda əsgərlərimiz gecə-gündüz demədən, dağ, daş, təpə bilmədən irəliləyir. Hazırda 300 km-lik ərazini təmizləmişik. Cerablusda, El Babda necə nəticə əldə etmişiksə, Afrində də, İdlibdə də, Menbiçdə də hədəfə çatacağıq".

Ərdoğan bəyan edib ki, Türkiyənin məqsədi Suriyalıların öz torpaqlarına yerləşməsinə nail olmaqdır: "3.5 milyon Suriyalı qardaşımızın evlərinə dönmələrini istəyirik. Bunun üçün çalışırıq.  Türkiyə olaraq qardaş Suriyanın torpaqlarında gözümüz yoxdur. Bizə öz torpaqlarımız yetər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA