17-02-2018 [14:51]
Türkiyə-Yunanıstan arasındakı böhranın Qardak qayalıqlarından daha dərin səbəbləri var. Yunanıstana dəstək verən Avropa İttifaqının reaksiyasının səbəbləri başqadır. Livanın baş naziri Saad Haririnin Ər-Riyadda girov qalması, İsrailin Livan sərhədinə divar hörməsi, Əsədin Rusiya raketləri ilə İsrailin F-16 təyyarəsini vurması və son olaraq, ABŞ dövlət katibi Reks Tillersonun Beyrutda boş otaqda gözlədilməsi son günlər gündəmin əsas mövzularıdır. Türkiyəli yazar Taha Dağlı bütün baş verənlərin pərdəarxasında Aralıq dənizinin şərqindəki təbii qaz yatağının olduğunu yazıb.
Mia.az Publika.az-a istinadən həmin məqaləni təqdim edir:
"Qaz müharibəsi” və Baş nazirin girov götürülməsi
Aralıq dənizindəki qarşıdurma 2009-cu ildə başladı. Həmin il amerikalılar dənizin Livan sahillərində qaz rezervləri tapdı. İsrail 12 quyudan ikisinə sahib çıxdı, 2013-cü ildə həmin quyuların istismarına başladı. İsrailin məqsədi təbii qazı Türkiyə üzərindən transfer etmək idi. "Mavi Mərmərə” məsələsində ilk şərt olan üzr istəmə də bundan qaynaqlanırdı. Lakin Türkiyə İsrailin təklifini isti qarşılamadı.
Daha sonra Misirdə çevriliş oldu, Sisi prezident elan edildi. İsrail Aralıq qazının transferi üçün yeni plan hazırladı. Plana Misir və Yunanıstan daxil idi. Quyuların çoxuna sahib olan Livan bu plandan kənarda qaldı. İsrailin planı təbii qazı Yunanıstan üzərindən birbaşa Avropa bazarına çıxarmaqdı. Bu, Rusiya qazının asılılığından xilas olmaq istəyən Avropa üçün də əhəmiyyətli idi. Rusiyanın Avropanın qaz bazarında hegomonluğunu qırmaqda maraqlı olan ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsraili yaxınlaşdırmaq layihəsinin önəmi 2017-ci ilin sonlarında ortaya çıxdı. 2017-ci ili noyabr ayında Livan böhranı yarandı. Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanına gələrək istefa verdi. Əslində isə onun Ər-Riyadda girov götürüldüyü ortaya çıxdı.
Fransanın müdaxiləsi və qazancı
Livan böhranına ilk müdaxilə edən ölkə Fransa oldu. Fransa prezidenti Emmanuel Makron Haririni Ər-Riyaddan Parisə gətirdi, sonra da Beyruta göndərdi və Hariri yenidən baş nazir postuna əyləşdi.
2017-ci ilin dekabr ayında Livan Aralıq dənizindəki təbii qazın istismarı işini Fransa, İtaliya və Rusiya şirkətlərinə verdi. Livanın Fransa, Rusiya və İtaliya ilə anlaşması ABŞ-İsrail cəbhəsinin oyununu pozdu. İsrail-Livan qarşıdurması başladı, nəticədə İsrail Livanla sərhədə divar hörməyə başladı və Livanı müharibə ilə təhdid etdi.
Ruslardan yəhudilərə raketli mesaj
Ötən həftə Əsəd rejimi ilk dəfə İsrail təyyarəsini vurdu. Səbəb İsrailin Suriya sərhədini pozması idi. Hərçənd, İsrail 2012-ci ildən indiyə qədər Suriya sərhədini 20 dəfə pozmuşdu, lakin indiyə qədər Əsəd heç bir reaksiya verməmişdi. İndi bu addımı atması, xüsusilə də İsrail təyyarəsini Rusiya raketi ilə vurması əslində Moskvanın Təl-Əvivə mesajı idi.
Və bütün bunların fonunda Yunanıstanın Türkiyəyə qarşı "baş qaldırması” da təsadüfi deyil. Afina NATO və Avropa İttifaqının dəstəyi olmadan bunu etməz. Məsələ heç də Kardakla məhdudlaşmır, əsl səbəb Aralıq dənizindəki təbii qazdır.
Tillersonun gözlədilməsinin arxasındakı şok səbəb
Nəhayət Tillersonun Livan prezidenti ilə görüş üçün gözlədilməsi məsələsi... ABŞ dövlət katibi Ankaraya səfərdən öncə Beyruta getdi və görüş üçün Livan prezidentini salonda bir müddət gözlədi. Bu, ABŞ-dan gəlmiş yüksəkvəzifəli şəxsə qarşı nadir hallarda baş verən hadisədir.
Digər tərəfdən, Tillersonun önünə su belə qoyulmaması da diqqətçəkən detallardan idi. Tillerson ABŞ-ın nəhəng enerji şirkəti "Exxon Mobil”in İdarə Heyətinin keçmiş rəhbəridir. O, Livanda səfərdə olarkən, Kiprin yunan hissəsi adanın sahillərindəki qaz yataqlarının istismarını "Exxon Mobil”ə verdi. Livanlıların Tillersonu soyuq qarşılaması da "Exxon Mobil”in Aralıq dənizindəki addımından irəli gəlirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi