BDU-nun müəlliminə yeni vəzifə verildi

img

16-02-2018 [17:41]


Bakı Dövlət Universitetinin (BDU) Televiziya və radiojurnalistikası kafedrasının dosenti, filologiya elmləri namizədi, BDU-nun sabiq kafedra müdiriAynur Kərimova yeni vəzifəyə təyin olunub.

"Report"un məlumatına görə, A.Kərimova yeni yaradılmışQida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edir.

Xatırladaq ki, A.Kərimova Sumqayıt şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsində təhsil alıb. 2008-ci ildə "Azərbaycan televiziyasının beynəlxalq əlaqələri: bu günü və perspektivi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA