Dövlət Komitəsinə yeni səlahiyyətlər verildi - Fərman imzalandı

img

16-02-2018 [16:13]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.

Mia.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 15 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA