Dövlət İmtahan Mərkəzi mütəxəssis axtarır - Müsabiqə

img

15-02-2018 [19:08]


Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssislər üçün müsabiqə elan edib.

Mia.az DİM-ə istinadən xəbər verir ki, mərkəz ekspert bazasını zənginləşdirmək məqsədilə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün keçirilən imtahanlar zamanı musiqi sənəti, memarlıq və dizayn, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ekspert kimi iştirak etmək istəyən, ali və orta ixtisas təhsili müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqları və birliklərində, rəsm qalereyalarında, muzeylərdə çalışan mütəxəssislərin müvafiq qabiliyyət imtahanlarında iştirakını təmin etmək məqsədilə müsabiqə elan edir: Müraciət edən ekspertlər müvafiq sahə üzrə ali təhsillə yanaşı, elmi dərəcəyə malik olmalıdırlar və ya onların ən azı 5 illik pedaqoji iş təcrübəsi olmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA