15-02-2018 [13:21]
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı açıqladığı siyahı diqqətləri cəlb edib.
S.İsmayılov bildirib ki, daxil olan müraciətlərin ümumi sayı Naxçıvan MR, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Ağsu, Astara, Biləsuvar, Binəqədi, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Hacıqabul, Xaçmaz, Xətai, İmişli, İsmayıllı, Kürdəmir, Qaradağ, Qazax, Qəbələ, Qobustan, Qusar, Lerik, Masallı, Nərimanov, Nəsimi, Nizami (Bakı), Samux, Səbayel, Siyəzən, Suraxanı, Şabran, Şuşa, Tərtər, Zərdab, digər şəhər və rayonlarda daha çox azalıb. İl ərzində də adları açıqlanan bu rayon icra hakimiyyətləri ilə bağlı mətbuatda elə də ciddi şikayətlər işıqlandırılmayıb.
Rəsmi məlumatda il ərzində bölgələr üzrə icra və bələdiyyələrlə bağlı daxil olmuş müraciətlərin 33,2 faizinin şikayətlərlə bağlı olduğu bildirilib. Ən çox şikayət isə Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala rayonları bələdiyyə və icra hakimiyyəti orqanları ilə bağlıdır.
Yada salaq ki, Prezident İlham Əliyev də 2017-ci ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində icra başçılarına onlardan şikayətlər gəldiyi barədə xəbərdarlıq etmiş, müəyyən tapşırıqlar vermişdi. Prezident həmçinin bunun üçün icra oranlarına ötən ilin 15 dekabr tarixinə kimi vaxt da qoymuşdu. Prezidentin qoyduğu vaxt ərzində Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev və Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov vəzifələrindən azad edildi.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Prezident Adminstrasiyasının yaydığı bu məlumatla bağlı çox geniş izahat verilib.
Deputat təcrübəsindən çıxış edərək bildirib ki, açıqlanan rəqəmlər gördüyü mənzərəyə tam uyğundur:
"Bir millət vəkili olaraq bölgədə vətəndaşlarla hər ay qəbul keçirirəm. Hər dəfə də təxminən 50-100 arası adam qəbul edirəm. Süleyman İsmayılovun açıqladığı rəqəmlərə baxanda da görünür ki, bu rəqəmlər vəziyyətə çox uyğundur. Doğrudan da şikayətlərin hansı rayonda nə qədər olması, hansı sahələri əhatə etməsi və s. bunların bir qismi bizim qəbul keçirdiyimiz sahələrlə üst-üstə düşür”.
V.Əhmədov bildirib ki, belə bir analizin aparılması, mətbuatda yayılması çox böyük əhəmiyyət kəsb edir:
"Süleyman İsmayılova öz təşəkkürümü bildirirəm ki, geniş izahat verib. Biz də öz mövqeyimizlə əlaqədar olaraq həmin materiallardan istifadə edirik. Çünki bəzi yerlərdə şikayətlər azalsa da, digər bölgələrdə şikayətlər çoxalır”.
Deputatın sözlərinə görə, İlham Əliyev ilin yekunları ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək:
"2017-ci ilin iyun ayında prezident icra hakimiyyətlərinə fəaliyyətlərinin normallaşdırılması və ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı xəbərdarlıq etmişdi. Süleyman müəllimin açıqlaması da onu göstərir ki, cənab İlham Əliyev ilin yekunları ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək. Bölgələrdən şikayətlər həddən artıq çoxdur. İcra hakimiyyətləri tərəfindən insanlar qəbul edilmir, şikayətləri təmin olunmur. Ona görə də ölkə başçısının bu sahədəki problemlərin aradan qaldırılması üçün bəzi qərarlar verilməsi gözlənilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi