Baş Prokurorluqda prezident seçkiləri ilə əlaqədar İşçi Qrup yaradılıb - Rüstəm Usubov

img

15-02-2018 [12:53]


"Hər seçkidə olduğu kimi, qarşıdakı prezident seçkiləri ilə əlaqədar da Baş Prokurorluqda İşçi Qrup yaradılıb. Baş prokuror bu barədə sərəncam imzalayıb".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə "Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

R. Usubov deyib ki, İşçi Qrup seçki ilə bağlı şikayətlərə baxacaq: "Qrupa mən rəhbər təyin edilmişəm. İnşallah, seçki prosesi qanun pozuntularına yol verilmədən keçiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA