15-02-2018 [11:23]
Azərbaycanda prezident seçkilərində iştirak etmək üçün əsas mərhələlərdən biri namizədliyi qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasıdır. Bu günə kimi xeyli şəxsin namizədliyi irəli sürülüb.
Maraqlıdır, həmin şəxslərin bölgələrdə görüşləri olacaqmı? Görüşlər üçün hansı bölgələr nəzərdə tutulub?
Modern.az bu sualla namizədliyini irəli sürənlərə müraciət edib.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib ki,YAP hər şeyə, o cümlədən prezident seçkilərinə çox ciddi hazırlaşır:
"Hazırlıq təkcə seçki ili deyil, bütün illər ərzində partiya daxilində gedir. O baxımdan seçki ərəfəsində də, dövründə də YAP-ın mütəşəkkilliyi hiss edilir. Biz bu seçkidə də çox fəal iştirak etmək fikrindəyik. Müxtəlif yeni siyasi texnologiyalarla işləyirik. Məqsədimiz hər bir nəfərə çatmaq, insanların rastlaşdığı problemləri bir daha aydınlaşdırmaq, onların hər birini yerində operativ həll etmək, ciddi diqqət tələb edəni isə artıq ya parlament ya da hökumət səviyyəsinə qaldırıb onun həllinə nail olmaqdır.
Vətəndaşlar görürlər ki, YAP diqqət etdiyi hər bir məsələnin həllinə nail olur. Görüşlərin keçirilməsinə gəldikdə isə seçki təbliğat dövründə bu barədə əlavə məlumat verəcəyik. Bununla belə müxtəlif səpkidə, müxtəlif sosial qruplarla görüşlərimiz əlbəttə, nəzərdə tutulub”.
Milli Məclisin deputatı Zahid Oruc deyib ki, hazırda seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq ilk işləri həyata keçirir:
"Bu, seçki komandasının formalaşdırılması, qərargahın yaradılması, vəzifə bölgülərinin aparılması, eyni zamanda konkret olaraq fəaliyyətin ofis şəraitindən idarə edilməsi, imza vərəqələrinin götürülərək, sonrakı dövr onların toplanıb Mərkəzi Seçki Komitəsinə təqdim edilməsi əsas vəzifəmizdir. Heç şübhəsiz ki, bunlar məsul şəxslər üzrə konkret zaman qrafikası əsasında həyata keçiriləcək. Ondan sonrakı mərhələdə isə nəzərdə tutduğumuz daha böyük planlar var.
Biz 2013-cü ildə seçki kampaniyasında iştirak etmişik, bu mənada müəyyən təcrübə var. Digər tərəfdən o zaman reallaşdırılması bizim üçün çətin olan hədəfləri bu seçki dönəmində reallaşdırmağa çalışacağıq.
Efir məkanı cəmiyyətlə ünsiyyətin yaxşı tribunasıdır, lakin bununla bərabər canlı görüşlər daha effektivdir. Çünki bütün hallarda ekranın üzü soyuqdur. Baxmayaraq ki, söz qüdrətlidir, onun təsir cazibəsi var. Ancaq nəzərə almalıyıq ki, insanlar bilavasitə gördükləri şəxsə, onları düşündürən, qayğılandıran, onların dünyagörüşünə uyğun olan məsələləri soruşmaq, tələb etmək istəyindədirlər. Əminəm ki, bunlar bizim tərəfimizdən seçki dönəmində gerçəkləşdirilə biləcək. Lakin şübhəsiz ki, bundan öncə yerinə yetirilməsi vacib olan vəzifələr mövcuddur. Biz yalnız qeydiyyata alındıqdan sonra bölgələrlə bağlı planlarımızı təqdim edəcəyik”.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə:
"Mən bütün Azərbaycanın namizədiyəm. Amma vaxt qısa olduğu üçün bütün bölgələrdə görüşlərin təşkil edilməsini çatdırmaq mümkün deyil. Ümumiyyətlə əvvəlcə qeydiyyatdan keçək, imzaları toplayaq, daha sonra bu haqda düşünmək olar”.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, bölgələrdə görüşlər sözsüz ki, nəzərdə tutulub:
"Mən prezidentliyə ilk dəfə namizəd olduğum vaxtdan - 2008-ci ildən partiyamızda Mərkəzi Seçki Qərargahı yaradılıb. Seçkidən-seçkiyə qərargah daimi fəaliyyətdədir. Qərargah öz növbəsində regional seçki qərargahları yaradıb – Şimal, Cənub və Qərb. Bu qərargahlar 2008-ci ildə keçirilən prezident seçkilərində seçicilərlə görüşlər təşkil etmişdilər. İnşallah, bu dəfə də rəsmi qeydiyatdan sonra yenidən görüşlərə başlıyacağıq. Təcrübəmiz var və bu illər ərzində partiya üzvlərinin təcrübələri daha da möhkəmləndi”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan qanadın rəhbəri Razi Nurullayev bildirib ki,bölgələrdə görüşləri olacaq:
"Masallı və İmişlidə böyük görüşlər artıq hazırlanır. Digər bölgələrdə də mütləq olacaq. Çalışacağıq ki, hamısını əhatə edək. Bu isə hakimiyyətin bizə kampaniyaya göstərdiyi münasibətdən asılı olacaq. Əgər bizim görüşlərimizə maneçilik yaradılarsa, basqılar olacaqsa, o zaman görüşlərimizin keçirilməsi əngəllənəcək. Belə olan vəziyyətdə, virtual məkanın verdiyi üstünlüklərdən yararlanacağıq”.
AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki,ümumiyyətlə seçkilər mərhələlər üzrə bölünür:
"Birinci, imza toplamaq üçün lazım olan sənədlərin təqdimatı, sənədləşmə işləri olur. İkinci, imza vərəqləri və onun doldurulması, üçüncü isə təbliğat və təşviqat mərhələsi gəlir. Bu baxımdan hələki təbliğat və təşviqat işləri, hansı bölgələrdə görüşlərin keçirilməsi ilə bağlı nəsə düşünməmişəm. Çünki indiki mərhələdə əsas imzaların toplanmasıdır. Rəsmi namizdəliyin qeydə alınması üçün bu önəmlidir. Bu səbəbdən bölgələrlə əlaqəli nəsə demək mümkün deyil. Lakin görüş hakimiyyətdən asılı olan bir şeydir. Hakimiyyət bölgələrdə görüşlərin təşkilinə rəsmi və ya qeyri-rəsmi əngəllər törətməsə, namizədlər arasında bərabər şərait yaradırsa, biz bütün bölgələri əhatə etməyə çalışacağıq.
Bölgələr də Şimal, Cənub, Qərb olaraq bölünür. Qərdə Gəncə, Qazax, Şimalda Quba, Qusar, Xaçmaz, cənubda Lənkəran, ya da Aran və ya digər bölgələrdə bəlli mərkəz yerlər var və orada görüşlər keçirmək olar. İndiki qanunvericiliyə görə təbliğat-təşviqat işlərinə hardasa 21 gün müddət verilir və bu da çox qısa müddətdir. Bu baxımdan həmin müddətdə bütün Azərbaycanı əhatə etmək olmayacaq. Zamanında bu müddət 60 gün idi. Nəzərə alsaq ki, sosial şəbəkələr mövcuddur və insanlarla ünsiyyət daha sadədir, bu vasitə ilə effektiv təbliğat və təşviqat işləri aparmaq mümkündür, nəinki birbaşa kontaktlar və bölgələrdə görüşlərin təşkil olunması. Bu gün görüşlər texniki baxımdan da əziyyətli prosesdir”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki,partiyanın idarə heyətinin iclasında hansı bölgələrdə görüşlərin keçirilməsi istiqamətində qərar verilib qrafik təsdiq olunacaq:
"Yəqin ki, Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran kimi bötyük şəhərlərdə görüşlər olacaq. Ümumiyyətlə çalışacağıq ki, bütün bölgələri əhatə edək. Xalqla görüşümüzü təşkil etməkdən ötrü rayon təşkilatlarımızın sədrlərini Bakıya dəvət etmişik, onlarla görüşdən sonra tapşırıq veriləcək. Hansı rayonlar münasibdirsə, orada görüşlər təşkil olunacaq. Həmçinin qaçqın şəhərciklərində də xalqla ünsiyyəti düşünürük.
Hətta biz istəyirik ki, Xankəndi seçki dairəsində də görüşlər keçirək. Bilirsiniz, mənim proqramımda prezident seçiləcəyim təqdirdə birinci paytaxtımızı Xankəndinə köçürmək var”.
Qeyd edək ki, aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi