Bu icra hakimiyyətinə yeni müavin təyin olundu - FOTO

img

15-02-2018 [11:06]


Sumqayıt şəhər icra hakimiyyətində yeni kadr təyinatı olub.

Mia.az xeberle.com-a istinadən xəbər verir ki, Fəzail Ağalar oğlu Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub. 

Məlumat üçün qeyd edək ki, bu təyinata qədər F. Hüseynov İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki,ötən ilin avqust ayında Lalə Hacıyeva müavin vəzifəsindən azad olunub və Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilmişdi.

Həmin vaxtdan sözügedən vəzifəyə təyinat olmamışdı.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA