Yaxın 3 günün gözlənilən hava zəraitinin proqnozu

img

21-09-2010 [11:28]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin yağmursuz keçəcəyi, axşam saatlarında cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gündüz 27-30, axşam 20-22 dərəcə isti olacaq. Sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, cənub, cənub-qərb küləyinin əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 15-17, gündüz 27-30 dərəcə isti təşkil edəcək. Sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı, gecə isə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 27-31, axşam 22-24 dərəcə isti olacaq. Sentyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 22-25 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyi əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq. Sentyabrın 23-24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 23-də bəzi şimal rayonlarında axşam, sentyabrın 24-də isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, sentyabrın 24-də 22-24, dağlarda gecə 9-14, gündüz 17-22, sentyabrın 24-də isə 12-17 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA