Baş nazirin müavini, komitə sədri, deputat...- MSK YAP-ın səlahiyyətli nümayəndlərini qeydə aldı

img

14-02-2018 [16:22]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

MSK-nın katibi Arifə Muxtarova deyib ki, YAP tərəfindən təqdim olunmuş siyahıda Prezident seçkilərində səlahiyyətli nümayəndə qismində Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov qeyd olunub.

Məsələ səsverməyə çxarılaraq qəbul olunub.

Xatırladaq ki, MSK-nın bugünkü iclasında Prezident İlham Əliyevin aprelin 11-nə təyin edilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq olunub. İ.Əliyevin namizədliyini YAP irəli sürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA