TüRKPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri içəri Şəhərdə olublar

img

20-09-2010 [07:16]


rkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkanın və Qazaxıstan Senatı Aparatının rəhbəri Murat Nurtleuovun İçəri Şəhərdə birgə gəzintisi keçirilmişdir. Bildirildi ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçəri Şəhər 2000-ci ildən YUNESKO-nun ?Dünya İrsi Siyahısı?na daxil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən MİA-ya verilən məlumata görə, qonaqlar ilk növbədə Şirv?n h?kimlərinin iq?mətg?hı, orta əsr abidəsi - ?Şirv?nş?hl?r Sarayı Kompleksi? ilə tanış edilmiş və burada sərgilənən rəsmlər və tarixi eksponatlara tamaşa etmişlər . K?mpl?ksin XVI əsrə ?id ?l?n y?g?nə tikilisi ?Mur?d? d?rv?z?sı cənab Kalkanın marağına səbəb olmuşdur. Tanışlığa Kiçik Qala küçəsi ilə davam edən rəsmilər, Qoşa Qala Qapıları meydanından keçərək ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaralarında olmuşlar. Sıratağlı dini-memarlıq kompleksinin (?Bazar Meydanı?) ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə baxmışlar. İçəri Şəhər ərazisində gəzinti qonaqlara sözügedən abidənin yaxınlığında yerləşən, Bakı səhərinin simvolu və nadir memarlıq quruluşuna malik Qız Qalası abidəsi barədə ətraflı informasiya verilməsi ilə yekunlaşmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA