Gənclər Bakıda qırğız nazirlə görüzəcəklər

img

20-09-2010 [04:14]


Gənclər və İdman Nazirliyində Qırğızstanın gənclərlə iş üzrə naziri Alınkulov Aliyazbek Tolbaşıyeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (GTMŞ) görüşü keçiriləcək. Milli Şuradan verilən məlumata görə, nümayəndə heyəti ilə görüşdə GTMŞ-nın sədri Fuad Muradov, baş katib Orxan Ərəbov, habelə ?Demokratik islahatçı gənclər? İctimai Birliyinin sədri Vüsalə Hüseynova, ?Dünya gənc türk yazarlar? birliyinin sədri Əkbər Qoşalı iştirak edəcək. Görüşdə iki ölkənin gənclər təşkilatları arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə ediləcək. Həmçinin hər iki ölkənin gənclər təşkilatlarının gələcəkdə birgə layihələrdə iştirakı mövzuları da nəzərdən keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA