MSK sədri Məzahir Pənahov: "Seçki prosesinə müdaxilə edən istənilər məmur cəzalandırılacaq"

img

20-09-2010 [03:21]


"Qarşıdan gələn parlament seçkisində seçki prosesinə müdaxilə edən istənilər məmur və ya qurum müvafiq qanunlara uyğun olaraq cəzalandırılacaq". Bu fikirlər bu gün Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə keçirilən məlumat sessiyasında səsləndirilib. ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən ?Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi? adlı sessiyada MSK sədri Məzahir Pənavob bildirib ki, hansı dairədə qanun pozuntularına yol veriləcəksə, həmin dairənin nəticələri etibarsız sayılacaq. ?Qanun pozuntularınının olmamağını dünyanın heç bir yerində heç kəs zəmanət verə bilməz. Amma seçki komissiyalarının vəzifəsi ondan ibarətdir ki, seçki komissiyaları və digər orqanlar da daxil olmaqla hamımız əlimizdən gələni etməliyik ki, seçkinin keçirilməsində heç bir qanuna zidd addım atılmasın. Ciddi pozuntular olmur. Olanda isə adekvat ölçülər götürürük?, - deyə MSK sədri Məzahir Pənahov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA