12-02-2018 [11:30]
Bütün ölkə ictimaiyyətinə məlumdur ki, həftə içi Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib və Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini rəsmi şəkildə elan edib.
İlham Əliyevin fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VI Qurultayındakı çıxışı Aztv-də yayımlanan "Bizim Planet” verilişinin müzakirə mövzusu olub. Həftə boyu ictimaiyyətinin əsas diqqət mərkəzində olan həmin qurultayda qeyd olunan vacib məsələlər"Bizim Planet” verilişində ətraflı müzakirə edilib. Yenə də həftənin şənbə günü Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçıları qarşısına çıxan "Bizim Planet" in bu dəfəki qonaqları Milli Məclisin Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin Komitə sədri AŞPA-da Azərbaycan Parlament nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov olub.
"Bizim Planet" verilişində Prezident İlham Əliyevin YAP-ın VI Qurultayındakı çıxışı ətrafında müzakirəyə başlamazdan əvvəl mövzu ilə bağlı tədbirdən fraqment təqdim edilib. Fraqmentdə Prezidentin qurultay iştirakçıları qarşısında YAP-ın iyirmi beş illik səlnaməsi, Azərbaycanın getdikcə güclənən beynəlxalq münasibətləri, beynəlxalq arenada öz mövqeyini tutması, qonuşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirləməsi kimi məsələlər təqdim edilib.
"Bizim Planet” verilişi vasitəsilə həftənin ən mühüm hadisələri ətrafında müzakirələr aparan BMAM-nin rəhbəri Rufiz Qonaqov Prezidentin qurultaydakı geniş çıxışını təhlil edib. Prezidentin qurultay iştirakçıları qarşısında Azərbaycanın daxili və xarici siyasəti, qarşıda duran mühüm vəzifələr, ölkənin ən böyük paritiyası olan YAP-ın 25 illik qələbələr səlnaməsinin ətraflı şəkildə təhlili, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gedən inkişaf prosesləri və bu kimi vacib məsələr ətrafında müzakirələr aparıb.
Diskursiyaya YAP-ın seçkiyə hazırlıq prosesi, regionlarda da keçirilən konfanslarda əsasən İlham Əliyevin namizədliyinin xalqın qərarı ilə verildiyini vurğulamaqla başlayan YAP icra katibinin müavini Siyavuş Novruzov İlham Əliyevin yeniden prezidetliyə namizəd seçilməsini onun əsaslı siyasənin nəticəsi kimi qiymətləndirib. Azərbaycanın heç vaxt bu qədər güclü və nüfuzlu bir dövlət olmadığını, ən əsası ölkədəki siyasi və ictimai sabitliyin mövcudluğunu diqqətə çəkərək xalq iqtidar biriliyi faktorunu vurğulayıb.
AŞPA-da Azərbaycan Parlament nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov "Bizim Planet" dəki fikir mübadiləsində ümummilli liderin əsasını qoyduğu daxili və xarici siyasətin bir-birini tamamladığını önə çəkib. Səməd Seyidov milli maraqları əsas tutan siyasətin nəticəsini bu gün Azərbaycanın nəyinki BMT və digər mühüm beynəlxalq təşkilatların üzvü olması hətta bu təşkilatlarda öz sözünü deyən ölkəyə çevrilməsi əsaslarla diqqətə çəkib.
Politoloq Rufiz Qonaqov xüsusi ilə ölkədə müxtəlif azadlıqların (siyasi, ictimai, söz, mətbuat, iqtisadi və s.) mövcud olmasını Azərbaycanın bütün sahələrdə inkişaf edən bir dövlətə çevrilməsinin əsas səbəblərindən biri kimi dəyərləndirib. Siyasi və iqtisadi azadlıqların birgə fəaliyyət göstərib inkişaf etdirilməsini vurğulayan deputat Siyavuş Novruzov Azərbaycanın bu gün nə qədər inkişaf etməsini Heydər Əliyev irsinin layiqincə yerinə yetirilməsi kimi qiymətləndirib.
Qurultaydakı çıxışında İlham Əliyev dünyanın müxtəlif regionlarında gedən siyasi gərginliklər, etnik separatçılıqlara baxmayaraq Azərbaycanda siyasi sabitliyin hər zaman öndə olmasını xüsusi qeyd etmişdir ki, bu da "Bizim Planet" verilişində müzakirədən kənarda qalmayıb. BMAM-nin sədri Rufiz Qonaqov prezidentin sözü gedən bu nitqini ətraflı təhlil edərək siyasi-ictimai sabitliyin çox mühüm amil olduğunu bir daha diqqətə çəkib. Milli Məclisin Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda gedən demokratik və inkişaf proseslərin qarşısını almağa çalışan qüvvələr var. Bunun əksinə cənab Prezident bir daha qeyd etdi ki, "biz milli maraqlarımız çərçivəsində xarici siyasətə təsir göstərərək öz müstəqilliyimizi qoruyacağıq." Səməd Seyidov bu gün Azərbaycanın dünya inteqrasiyasını inkişaf etdirərək xarici əlaqələrin genişləndirilməsi, Şərqlə Qərb arasında möhkəm təməlli körpü yaratması reallığına nəzər yetirib.
Politoloq Rufiz Qonaqov öz diskursiyasında Prezidentin Dağlıq Qarabağ məsələsinə toxunması, tarixi torpaqlarımız olan Zəngəzur və Göyçə mahallarının da unudulmaması, eləcə də Azərbaycanın beynəlxalq arenadakı iqtisadi inkişafı ilə bağlı çıxışını xüsusi qeyd edib. Rufiz Qonaqov Aprel döyüşləri zamanı Azərbaycan ordusunun göstərmiş olduğu rəşadəti ölkənin hərbi qüdrətinin güclü inkişafı kimi qiymətləndirib.
Mövzularla bağlı müzakirədə Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bildirib ki, o vaxt neft kontraktları imzalanan zaman bunu əfsanə adlandıranlarla yanaşı, qeyri-real baxanlar da var idi. Lakin zamanından bu günə kimi uğurla həyata keçirilən layihələr sübut etdi ki, Azərbaycan siyasəti və iqtisadiyyatı, eləcə də sahib olduğu enerji ehtiyatları nələrə qadirdir. Millət vəkili Səməd Seyidov mübarizə aparmaq və milli maraqları qorumaqla öz sözünü deməyi bacaran dövlət siyasətinin daxili və xarici uğurlarından danışıb.
"Bizim Planet” analitik verilişində son olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Prezidentin çıxışına nəzər salınaraq o qənaətə gəlinib ki, necə ki çətin bir dövrdə müstəqillik əldə edib, ölkəni acınacaqlı vəziyyətdən xilas etməyi bacaran Heydər Əliyev liderliyi və siyasəti ilə dirçələn Azərbaycan bundan sonra da öz rəhbəri ilə qarşıya qoyduğu bütün vəzifələrin öhtəsindən layiqlincə gələcəkdir. Azərbaycanda həyata keçirilən mühüm beynəlxalq tədbirlər, Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, beynəlxalq tiribunalarda Azərbaycan həqiqətlərinin səsləndirilməsi, beynəlxalq əhəmiyyətli müxtəlif yarşıların analoqu olmadan ölkəmizdə keçirilməsi kimi hadisələr göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli də tezliklə reallaşdırılacaqdır.
"Ağ Yol” İnformasiya Agentliyinin Mətbuat Katibi Aysel Abbasova
10.02.2018
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi