Həmsədrlər bəyanat verdi - Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra

img

12-02-2018 [00:53]


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

"Report” xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytında dərc olunub.

Bəyanatda yaxın günlərdə təmas xəttində insanların həlak olması ilə bağlı dərin narahatçılıq ifadə olunur.

Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırırlar. Vasitəçilər həmçinin münaqişə tərəflərini təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər.

"Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq", - deyə bəyanatda qeyd olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA