ABŞ-dan PYD-yə dəhşətli zərbə: F-16-lara yanlış hədəf verildi, 300 YPG/PYD üzvü məhv edildi

img

12-02-2018 [00:29]


ABŞ Suriyada PYD/YPG terrorçularını bombardman edib. Nəticədə 300-dən çox PYD/YPG üzvü öldürülüb.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, bombardman PYD/YPG-nin işğalında olan Suriyanın neftlə zəngin  Deyrizor şəhərində baş verib.

ABŞ bu gün axşam saatlarına Deyrizorda həyata keçirdiyi əməliyyat zamanı YPG/PYD/PKK-nın toplanış bazasını vurub:

ABŞ-ın müttəfiq kimi baxdığı PYD-ni vurmasının səbəbi F-16-lara verilmiş yanlış koordinatlar səbəb olub. Nəticədə azı 300 nəfər terrorçu öldürülüb, xeyli yaralı var".

Onu da bildirək ki, Deyrzorda ABŞ-ın dəstəyi ilə YPG-nin nəzarətinə keçdikdən sonra Əsəd rejimi, Rusiya və İran bu şəhər uğrunda açıq və gizli şəkildə döyüşürlər: "Çünki bu şəhər Suriyada ən böyük neft qaynağıdır. Təsadüfi deyil ki, rəsmi Moskva dəfələrlə məhz bu şəhəri nəzərdə tutaraq "ABŞ Suriyanın iqtisadi qaynaqlarını işğal edir" bəyanatları verir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA