Putin 71 nəfərin öldüyü qəza ilə bağlı xüsusi komissiya yaratdı, həlak olanların ailəsinə başsağlığı verdi

img

11-02-2018 [18:06]


Bu gün Moskvanın "Domodedovo" hava limanından qalxan və az sonra naməlum səbəbdən qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı xüsusi komissiya yaradılıb.

Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, 71 nəfərin həlak olduğu qəza ilə bağlı Rusiya prezidenti Vladimir Putin hökumətə tapşırıq verib.

Bu barədə açıqlama verən Putinin köməkçisi Peskov deyib ki, Rusiya prezidenti qəzada həlak olan şəxslərin qohumlarına başsağlığı verib və hadisənin operativ araşdırması üçün komissiya yaradılmasını tapşırıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA