Türk komandoslar açıq döyüşə girdi: 86 PYD üzvü məhv edildi, 380-i mühasirəyə alındı - Müdhiş qisas əməliyyatı

img

11-02-2018 [15:27]


Türkiyə ordusunun xüsusi təyinatlı dəstəsi Afrində müdhiş qisas əməliyyatına girib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, xüsisi təyinatlı komandoslar səhər tezdən Afrinin "Ömər Uşağı" və "Mahal Uşağı" bölgəsində dünən şəhid edilən türk əsgərlərinin qisas əməliyyatına başlayıblar: 

"Çox sürətli əməliyyatla hər iki bölgədə müxtəlif silahlarla silahlanmış 380 nəfərlik PYD/PKK terrorçuları tam mühasirəyə alınıb. Onların bölgədən çıxma və əlavə dəstək alma imkanları tamam ilə qapadılıb. 

Mühasirədə addım-addım sıxışdırılan PYD-çi terroristlər komandoslar tərəfindən məhv edilir.

Hələlik 86 terrorçu öldürülüb, axşama kimi mühasirədəki 380 terrorçunun da zərərsizləşdiriləcəyi gözlənilir".

Məlumata görə, hazırda Türkiyə silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar da Afrin sərhədində əməliyyata birbaşa nəzarət edir.

Bu arada Türk ordusu Afrinin qərbində Hacı İsgəndər kəndini də PYD/PKK-dan təmizləyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA