İsa Qəmbər prezident seçkilərinə qatılmayacaq - Müsavat qərarını verdi

img

10-02-2018 [19:39]


Müsavat Partiyasını aprelin 11-də keçiləcək növbədənkənar seçkilərdə namizəd irəli sürməyəcək.

Mia.az xəbər verir ki, bununla bağlı qərar partiya Məclisinin bu gün keçirilmiş iclasında qərar qəbul edilib.

Seçkidə iştirak etmməməyin səbəbləri kimi aşağıdakılar göstərilib:

"Seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsi".

Qeyd edək ki, İsa Qəmbər Müsavatın 2014-cü ilin sentyarında keçirilmiş qurultayında partiyanın prezidentliyə namizədi elan olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA