İntim videosu yayılan şagird sabiq nazirin nəvəsidir? - İddia və cavab

img

10-02-2018 [19:35]


Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Mia.az-ın "Virtualaz.org”a istinadən verdiyi məlumata görə, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

Dadaş Rzayevin xanımı isə bu xəbəri təkzib edib. Bildirib ki, onların qohumlarından heç biri həmin məktəbdə oxumur: "Bəyəm Rzayev soyadlə hər kəs bizim qohumdur? Bu qədər yalan olmaz axı!" 

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olub və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA