BAXCP sədrinin müavini Abzeronun təhsil zöbəsinin müdir müavini ilə mübarizə aparacaq

img

18-09-2010 [05:42]


BAXCP sədrinnin müavini "İslahat" seçki blokunun 45 saylı Abşeron Seçki Dairəsindən deputatlığa namizədi Niyaməddin Orduxanlı sənədlərini DSK-ya təqdim. MİA-ya məlumat verən N.Orduxanlı deyib ki, hazırda imzatoplama kampaniyasına hazırlaşırlar. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasını 45 saylı Abşeron seçki dairəsindən Əliyev Vahid İldırım oğlunun namizədliyini irəli sürüb. Vahid Əliyev Abşeron rayon təhsil şöbəsinin müdir müavinidir. N.Orduxanlı deyib ki, o, V.Əliyevi özünə rəqib görmür. Onun sözlərinə görə, namizəd olduğu dairənin seçicilərini yaxşı tanıyır, seçicilər də onu yaxşı tanıyır. Bu səbəbdən də N.Orduxanlı özü üçün hər hansı bir problem görmür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA