?Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə? mövzusunda seminar keçirilib

img

18-09-2010 [05:28]


Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində bu muzeyin, Ağsu arxe?l?ji ekspedisiyası, ?Miras? Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, ?Yeni istedadlar? uşaq və gənclər təşkilatının(YIT), N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə ?Azərbaycan arxeologiyası məktəblilərin gözü ilə? mövzusunda seminar keçirilib. Bakıdakı 91 nömrəli məktəbin tarix fənnini tədris edən müəllimlərinin və şagirdlərinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə muzeydə təşkil edilmiş ?Ağsu möcüzəsi? sərgisi ilə tanış olublar. Sərgidə, cari ilin martından başlayaraq Ağsu şəhərində aparılan irimiqyaslı arxeoloji tədqiqatlar nəticəsində əldə edilən və bu diyarın qədim yaşayış məskəni olmasına dəlalət edən müxtəlif əşyalar haqqında ətraflı məlumat verilib. Tədbirdə,Ağsuda qazıntı işlərindən bəhs edən ?Ağsu arxeoloji ekspedisiyası? filmi və qədim şəhərin görüntülərini əks etdirən slaydlar nümayiş olunub. Tədbiri giriş sözü ilə açan,?Yeni istedadlar? uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi tədbirin məqsəd və əhəmiyyətindən, məktəblilərdə mədəniyyət ocaqlarına, tarixi yerlərə marağın artırılmasının, hər bir yeniyetmənin keçmişimizi öyrənərək gələcək nəsillərə çatdırmasının vacibliyindən danışıb.Cəfər Mənsimi qeyd etmişdir ki, məktəblilərin dünyagörüşünün genişlənməsinə kömək edən silsilə tədbirlər bir ay ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində təşkil olunaraq, sonda şagirdlər arasında mövzu ilə bağlı yazı müsabiqəsi keçirilərək, bəyənilən yazılar kitabça şəklində çap ediləcək. Həmçinin təşkilat sədri, məktəblilərin iştirakı ilə Ağsu şəhərinə ekskursiya təşkil ediləcəyi də qeyd etmişdir. Seminarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının üzvü Elmira Abbasovanın ?Orta əsr Ağsu şəhərində son arxeoloji tədqiqatlar və Azərbaycan arxeologiyası?, muzeyin numizmatika elmi fond şöbəsinin əməkdaşı Həbibə Əliyevanın ?Orta əsr Ağsu şəhər qəbiristanlığının epiqrafik abidələri? mövzularında məruzələri dinlənib, məruzələrdə qazıntı işlərinin gedişi, əldə olunan nailiyyətlərdən söz açılıb.. Bakıdakı 91 nömrəli orta məktəbin müəllimi Nazilə Məmmədzadə məktəblilərə Vətənimizin tarixi, keçmişi, yaşantıları haqqında dəyərli məlumatların aşılanmasında bu cür tədbirlərin əhəmiyyətli rol oynadığını qeyd edərək, seminarın təşkilatçılarına minnətdarlığını bildirmişdir. Sonda şagirdlər arasında tarixi mövzuda diskussiya keçirilərək,fərqlənənlər mükafatlandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA