Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

img

18-09-2010 [05:14]


Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, əvvəlcə Komissiyanın 2010-cu il 16 sentyabr tarixli iclasının protokolu təsdiqlənib. Sonra 2010-cu il noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul olunub. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyaları protokollarının doldurulması qaydasına dair izahların layihələrini müzakirə etmiş və həmin normativ aktların təsdiqlənməsi barədə qərar çıxarıb. İclasda Milli Məclisə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə məsələyə baxılmış və qərara alınmışdır ki, yekun protokolları MSK tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir, ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq Milli Məclisin mətbəəsində mətbəə üsulu ilə çap olunsun. Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA