Əhəd Abıyev: "Adımın siyahıya düzməməyi Azərbaycan xalqına qarzı xəyanətdir"

img

18-09-2010 [05:04]


?Bu mənə verilən cavabdır. Bütün ölkə bilir ki, mən tüğyan eləyən narko-bizneslə bağlı öz imzamla hüquq-mühafizə orqanlarının rəhbərlərinə məktub yazmışdım. Bundan hamının xəbəri var. Tək bu deyil, Masallıdakı narazılığı da ölkə rəhbərliyinə çatdırmışdım. Onlar da mənə belə cavab verdilər. Adımın siyahıda yer almamasını Azərbaycan xalqına qarşı xəyanət hesab edirəm?. Bu sözləri ?Qafqazinfo?ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) açıqladığı siyahıya düşməyən Milli Məclisin deputatı Əhəd Abıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı Abıyevlər ailəsinin sədaqətindən, dövlətə xidmətindən xəbərdardır. Ə. Abıyev məhz buna görə ölkə başçısının məsələni belə qoymayacağını, onunla bağlı bir tədbir görəcəyini düşündüyünü deyib: ?Mən hər zaman ölkə prezidentinə, onun siyasətinə sadiq olmuşam?. Ə. Abıyev bu işlərin başında Əli Kərimlinin dayandığını və onun istəyi ilə adının siyahıya düşmədiyini iddia edib: ?Əli Kərimlinin hazırlayıb ötürdüyü siyahıda mənim adım olmayıb. Bu mənə qarşı Əli Kərimli tərəfindən qurulan tələdir. Onlar Əli Kərimli ilə əlaqəyə girib Azərbaycan xalqına xəyanət etdilər?. Abıyev deyib ki, adının siyahıda yer almamasına etiraz etməyəcək: ?Mən bu qərara qarşı heç bir etiraz etməyəcəyəm. Bunu normal qarşılayıram? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA