09-02-2018 [11:13]
Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il yanvarın 28- də Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında iştirak edən namizədlər və onların imtahan nəticələri haqqında bəzi statistik məlumatları açıqlayıb.
DİM-in mətbuat xidmətindən Mia.az-a verilən məlumatda bildirilir ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib.
İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM (keçmiş TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb.
Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən, lakin DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak etməyən namizədlərin sayı 669 nəfər olub. Bu namizədlər əsasən 1950/60/70-ci illərdə doğulan və ya xaricdə yerləşən ali təhsil müəssisələrini bitirmiş şəxslərdir. Bu kateqoriyaya aid namizədlərdən imtahanda uğur qazananların sayı 105 nəfər (16%) olub.
28 yanvar tarixində keçirilən imtahanda iştirak edən namizədlər sırasında DİM (TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir ali təhsil müəssisəsinə qəbul olmayan namizədlər də var. Bu namizədlər əsasən əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan şəxslərdir. Bu kateqoriyaya aid olan 312 namizəddən yalnız 15%-i, 47 nəfər Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə edə bilib.
"Göründüyü kimi DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan namizədlərin təqribən yarısı, digər iki kateqoriyaya aid olan namizədlərin isə 15%-i Kollegiyaya üzvlüyə qəbul imtahanında müsbət nəticə göstərib", - deyə məlumatda bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi