09-02-2018 [11:05]
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verən şəxslərin bir neçəsinin adları məlum olub. Bu günə kimi artıq yeddi nəfər seçkilərdə iştirakla bağlı qərar verib.
Bunlar Yeni Azərbaycan Partiyasının namizədi, prezident İlham Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədriƏli Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevdir.
"Qafqazinfo” namizədlərin kimliyi, fəaliyyəti haqqında qısa araşdırma aparıb.

YAP-ın namizədi İlham Heydər oğlu Əliyev 24 dekabr 1961- cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

KXCP-nin sədri Mirmahmud Mirəlioğlu 1 sentyabr 1956- cı ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. İxtisasca tarixçidir. 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə millət vəkili seçilmiş Mirmahmud Ağa 1995-ci ildə ikinci dəfə təkrarən millət vəkili seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən millət vəkili seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib. Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədridir. 2011 və 2015-ci illərdə KXCP-nin keçirilən qurultaylarında sədr seçilib. Ailəlidir.
.jpg)
VİP sədri Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. İxtisasca bioloqdur. Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən "Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.
2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) "İnsan Naminə” seçki blokuna rəhbərlik edib.

Yeni AXCP-nin sədri Razi Nurullayev 1 aprel 1971- ci ildə İmişli rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.
19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 17 oktyabr 2015-ci ildə qurultay keçirilib və Razi Nurullayev AXCP sədri seçib. Ailəlidir.

Müsair Müsavat Partiyasının namizədi Hafiz Hacıyev 6 mart 1956- cı ildə Ermənistanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. İxtisasca zoomühəndisdir. 2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilib. 2003-cü il 15 oktyabrında keçirilən Prezident seçkilərində namizədliyi irəli sürüb. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində yenidən iştirak edib. Hazırda Hafiz Hacıyev Müasir Müsavat Partiyasının lideridir. Ailəlidir, 3 övladı var.

Ağ Partiyanın sədri Tural Abbaslı 13 sentyabr 1982- ci ildə Bakıda anadan olub. İxtisasca jurnalistdir. 2000-2016 cı illər ərzində Müsavat Partiyasının üzvü olub. 2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan "Ağ Blok” adlı birliyin təsisçilərindən biridir. 2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. Subaydır.

Ailəlidir. 3 övladı var.

ALDP sədri Fuad Əliyev 4 aprel 1970-cı ildə Bakıda anadan olub. İxtisasca linqvistdir. Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib.
Qeyd edək ki, İnformasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov da mövcud namizədlərin google-da axtarış nəticələrinin sayı, saytları, bloqları, sosial şəbəkələrdə hesablarınadair araşdırma aparıb. Araşdırma nəticəsində vəziyyətin ürəkaçan olmadığı qeyd edilib.
Həmin qrafiki təqdim edirik:
.jpg)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi