Amerikalı general Menbiçdə PYD ilə görüşdü, Ankaraya savaş mesajı verdi: "Geri çəkilməyəcəyik, işimiz savaşmaqdır"

img

08-02-2018 [13:41]


Türkiyənin Afrindəki əməliyyatdan sonra və ya bu əməliyyata paralel olaraq PYD-nin işğalında olan Menbiçə hücuma keçəcəyi xəbərinin ciddilik qazandığı bir ərəfədə ABŞ ordusunun nüfuzlu generalı Paul E. Funk gözlənilmədən bölgəyə səfər edib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, o, Menbiçdə jurnalistlərə açıqlama verərək, orada olmasını əsasən İŞİD-lə əlaqələndirib: "Amerika ordusu İŞİD-in məğlubiyyətini daimi hala gətirmək üçün buradadır və bu bölgədən çəkilməyəcək".

Amerika generalına Türkiyənin Menbiçə gözlənilən hücumu və Afrindəki əməliyyatla bağlı suallar da verilib. 

O, "Türk Silahlı Quvvələrinin Afrin hərakatından narahat olursunuzmu? Türkiyənin Menbiçlə bağlı tələbi haqda nə deyə bilərsiniz? sualını belə cavablandırıb: "Heç bir narahatlıq duymuram. Bizim işimizdə narahat olmaq anlayışı yoxdur, mənim işim savaşmaqdır".

General əsas bazası PKK/PYD-dən ibarət olan Suriya Demokratik Qüvvələrinə İŞİD-ə qarşı savaşda güvəndiklərini bəyan edib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA