08-02-2018 [13:22]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində çıxarılmış hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlanıb.
Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər proseslərin məhkəmə istintaqı ilə keçirilməsi və işin məhkəmə baxışına təyin edilməsini istəyiblər. Elçin Quliyevin yeni vəkili Ziyad Abbaszadə vəsatət qaldıraraq, cinayət materiallarının çox olduğunu bildirib və işlə tanış olmadığını söyləyib. O, məhkəmədən vaxt istəyib.
Elçin Quliyev də vəkili ilə razı olduğnu deyib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmənin növbəti iclası fevralın 22-də davam edəcək.
Qeyd edək ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti verib.
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O bildirib ki, Bakı Hərbi Məhkəməsinin hökümdən verdiyi apelyasiya şikayətində ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyir.
Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.
İş adamı qeyd edib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə həddindən artıq yüngül cəza təyin edilib. O, həm Elçin Quliyevin, həm də Azər Mehdiyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Cinayət işində adı keçən digər zərərçəkmişlər isə apelyasiya şikayəti verməyiblər.
İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb.
Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var. Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.
Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev məsuliyyətə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən İlqar Əliyevin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.
Bundan başqa, hökmdə MTN-in Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenat Rafiq Səfərovun əmlakı ilə bağlı qərar açıqlanıb. Onun mülkü üzərinə həbs qoyulması barədə məhkəmə qərarı qüvvədə saxlanılıb.
Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən mülkünün dəyəri 250 min manatdır. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.
Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlət üzrə İstintaq İdarəsində araşdırılır. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə suçlanır.
Rafiq Səfərovun barəsində cinayət işi açılsa da, o həbs edilməyib.
Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi