"Bir erməni əsgəri məhv olunub, 2-si ağır yaralanıb, düşmən geri çəkilməyə məcbur edilib" - Cəbhədə gərginlik

img

08-02-2018 [12:12]


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı Azərbaycan bölmələri tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: 

"Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA