Bu gündən prezidentliyə namizədlər irəli sürülə bilər - Seçki prosesi rəsmən başladı+Təqvim

img

08-02-2018 [00:49]


Azərbaycanda bu gündən – fevralın 7-dən növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər irəli sürülə bilər.

Seçki Məcəlləsinə əsasən seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları prezidentliyə namizədləri irəli sürə bilərlər.

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi barədə qərar bu gün rəsmi dərc olunub. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək dövrü əhatə etməlidir. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri üçün bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Təqvim planının tam mətni bu linkdə:

https://azertag.az/store/files/2018/TAQVIM_PLANI_MSK_NOVBADANKANAR_PREZIDENT_%20SECKILARI.pdf





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA