"Keçmiş nazirlərin böyük maraqları var" - Partiya sədrindən şok iddialar

img

07-02-2018 [20:14]


Son zamanlar Bakıda partlayışlar intensivləşib. Bu hansısa dövlətlərin və ya qüvvələrin məkirli planı ola bilərmi? Ola bilərsə, konkret olaraq bunlar kimlərdir?

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev moderator.az-a açıqlamasında bu cür partlayışların keçmiş nazirlərin üryincə olduğunu və bu adamları nəzarətdə saxlamağın vacib olduğunu bildirib.

"İndi hər şey gözləmək olar. Azərbaycanda və dünyada gedən proseslərin hamısı onu göstərir ki, hal-hazırda təxribatların sayı çoxalıb və çoxalacaq da. Çünki bu il seçki ilidir və Azərbaycana müəyyən avropa dövlətlərinin, beyin mərkəzlərinin və bizi istəməyən dövlətlərin Azərbaycana təziqi güclənəcəkdir. Bunu bilmək lazımdır. 

Ona görə də həmin qüvvələr Azərbaycanda etimatsızlıq yaratmaqdan ötrü partlayışlar da, terror da törədə bilərlər. Bunun üçün bizim hüquq-mühafizə orqanları çox ciddi şəkildə ayıq hərəkət etməlidirlər. Burda vəzifədən uzaqlaşdırılmış keçmiş nazirlər Ziya Məmmədovun, Fazil Məmmədovun və Eldar Mahmudovun böyük maraqları var. Onlar istəyirlər ki, ölkədə vəziyyət qarışsın və onlar öz maraqlarına çatsınlar”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA