Prezident Milli Məclisə layihə göndərdi - Bu şirkətlər və dövlət qurumları cərimələnəcək

img

07-02-2018 [13:15]


Azərbaycanda yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, bütün hüquqi və fiziki şəxslər, dövlət qurumları da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə zəruri tədbirlər görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunacaq.

Bu, prezident İlham Əliyev tərəfindən təqdim olunan və Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən yalnız monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər deyil, bütün hüquqi və fiziki şəxslər, dövlət qurumları da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə zəruri tədbirlər görməməyə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarını icra etməməyə görə cərimələnəcək. Bu halda vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA