"Fransızlar ikiüzlü davranır, ABŞ isə..." - Çavuşoğlu "Menbiçə girəcəyik" mesajı verdi

img

07-02-2018 [00:27]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a və Fransaya mesaj göndərib.

Mia.az xəbər verir ki, o, Suriyanın Menbiç şəhərində ABŞ-ın dəstəyi ilə məskunlaşan PYD/PKK terrorçularının oradan dərhal çəkilməsini tələb edib: "Menbiçi tərk edəcəklər. Fransızlar və ingilislər də daxil, bizə söz vermişdilər. Ortada bir güvən problemi var. ABŞ sozünü tutmalıdır. Yoxsa terror qrupu harada bizə təhdid yaradarsa, - buna Menbiç də daxil olmaqla -, qərarlı şəkildə əməliyyatı davam etdirəcəyik. Amerika bizim narahatlığımızı və qərarlığımızı anlamalı və lazımlı addımı atmalıdır".

Çavuşoğlu xatırladıb ki, Amerikanın "Türkiyə sərhədində təhlükəsiz bölgə" yaratmaq təklifinin detallarını  Parisdə Tillersondan soruşub: "Orada bir açıqlama verdi, lakin ABŞ-a güvənmirəm. Bu günə qədər verdikləri sözləri tutarlarsa, o zaman texniki məsələləri oturub, danışarıq. Biz bilmək istəyirik: onlar üçün Türkiyənin təhlükəsizliyi, yoxsa YPG/PKK-nı qorumaq vacibdir? Bütün bunları Tillerson gələndə açıq danışacağıq".

Çavuşoğlu Fransa prezidenti Makronun "Afrin əməliyyatı işğala çevrilməməlidir" bəyanatına da toxunub: "Həmişə Fransa ilə terrorla mübarizədə eyni xəttdə olduq. Lakin Afrin əməliyyatı başlayanda mövqeləri gözlənilmədən dəyişdi, məsələni BMT-nin gündəminə gətirmək istədilər. Bir sözlə, biz bütün məsələlərdə səmimiyik, ancaq fransızlar ikiüzlü davranır...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA