Baz prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yaydı

img

17-09-2010 [03:34]


Azərbaycan Respublikası Baş Prokurorluğu Sumqayıtda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. MİA-nın məlumatına görə, 16 sentyabr 2010-cu il tarixdə saat 23:45-də Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini, 1959-cu il təvəllüdlü Hacıyev Rasim Şahmar oğlunun kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölməsi barədə Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, sentyabrın 16-da saat 23:00 radələrində Elxan Hacıyev atası ilə birlikdə sonuncuya məxsus olan idarə etdiyi ?VAZ-2107? markalı avtomaşınla sərxoş vəziyyətdə evə qayıdarkən avtomaşını küçədə saxladığı üçün qonşuları Emil və Ramin Məmmədov qardaşları ilə mübahisə ediblər. Mübahisə zamanı Elxan Hacıyev avtomaşından götürdüyü bıçaqla Ramin Məmmədovun sol qol nahiyəsinə xəsarət yetirib, bu zaman Rasim Hacıyev oğlunu sakitləşdirmək istəyərkən sonuncu atasının da sağ bud nahiyəsinə bir xəsarət yetirib. Xəsarət güclü qanaxma ilə müşayiət olunduğundan Elxan Hacıyev atasını şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb, lakin həkimlərin göstərdikləri səyə baxmayaraq, Rasim Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elxan Hacıyev sentyabrın 17-də saat şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA