Bakıda məşhur zavodda güclü partlayış baş verdi – Rəsmi açıqlamalar + VİDEO (Yenilənir)

img

06-02-2018 [22:45]


Müdafiə Sənayesi Nazirliyi bu gün zavodda baş vermiş partlayışla bağlı açıqlama yayıb.

Mia.az nazirliyı istinadən xəbər veirr ki, məlumatda bu gün saat 19:17 radələrində "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsinin baş verdiyi bildirilib:"Hadisə zamanı xəsarət alan olmayıb.  Məlumat üçün bildiririk ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur. Hadisə ilə bağlı əlavə məlumat veriləcək".

Nazirlik sonda KİV-ə müraciət edib: "Hadisə ilə bağlı məlumat verərkən nazirliyin Mətbuat xidməti ilə əlaqə saxlamalnızı xahiş edirik".

***

Bu gün saat 19:17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəssisələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Mia.az-a verilən məlumata görə, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Alov saat 20:08-də söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

***

Bakı metrosunun "Həzi Aslanov” stansiyası yaxınlığında güclü partlayış baş verib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb. Məlumata əsasən, partlayış "Radiozavod” deyilən ərazinin yaxınlığlında baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.

**** 

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Radiozavod”da partlayış baş verib. Partlayış yanğınla müşahidə olunub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur(APA).

**** 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Qafqazinfo"ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA