06-02-2018 [16:17]
Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-nə növbədənkənar seçki təyin edib.
"EurAsia daily” portalında Vyaçeslav Mixaylov (Vyacheslav Mikhailov) bu xəbərin Dağlıq Qarabağ münaqişəsiylə mümkün bağlantısını təhlil edib.
Mixaylov Rusiya Elmlər Akademiyası nəzdində Dövlət Qulluğu və İdarəetməsi İnstitutunda şöbə rəisi, Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvüdür.
Müəllif İlham Əliyevin dördüncü müddətə prezident seçilməsi yolunda elə bir əngəl olmadığını, bu qərarın verilməsində Qarabağ münaqişəsini aparıcı səbəb kimi gördüyünü yazır.
PAKET HƏLL SXEMİNƏ MƏRHƏLƏLİ YANAŞMA
"Yerli müxalifət təəccübləndi və bitmiş fakt qarşısında qaldı. Sonucda Əliyevə, onun 15 il ərzində qurduğu sistemə ciddi müxalifət yoxdur. Əliyevin xarici tərəfdaşlarını təəccübləndirməyə də səbəbi yox idi. Onlar öz problemləriylə məşğuldurlar və Azərbaycanda prezident seçkisinin vaxtı veclərinə də deyil.
Amma Qarabağ ətrafındakı durum başqa məsələdir. Bu durum Əliyevin rəqiblərini üstləməsini tələb edir. Burada iki əsas ssenari var və hər ikisi də Azərbaycanın siyasi rəhbərliyinin və hərbi komandanlığının Qarabağ planlarıyla sıx bağlıdır”, – müəllif yazır.
V. Mixaylov Bakıdakı mənbələrə istinadla Azərbaycanın Qarabağ sülh prosesində"Madrid prinsipləri”nin tətbiqini sürətləndirməyə çalışdığını qeyd edir. Həmin prinsiplərə görə, əvvəlcə erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmalı, həmin rayonlar Azərbaycanın nəzarətinə verilməlidir.
Bakı bu şərtin qeyd-şərtsiz icrasını tələb edir. Yerevansa paket həllə tərəfdardır, yəni qoşunlar yalnız Dağlıq Qarabağa aralıq statusunun verilməsi, hərbi əməliyyatların bərpa olunmayacağına təminat verilməsi qarşılığında geri çəkilir. Referendum keçirilənədək Dağlıq Qarabağa aralıq status verilir.
"Ermənilər son vaxtlar bu alqoritmə "paket həll sxeminə mərhələli yanaşma" adın qoyublar. Bu, münaqişə tərəfləri arasında güzəştin tapılmasına açıq-aşkar cəhddir”, – yazan müəllif, Əliyev dördüncü müddətə seçilən kimi, Ermənistan prezidenti Serj Sarkisyanın da siyasi gələcəyinin müəyyənləşəcəyini vurğulayır. Yəni, baş nazir olarsa, Qarabağ danışıqlarında Əliyevin qarşısına məhz o, çıxacaq.
SENSASİYALI BƏYANAT VERİLMƏDİ, AMMA…
Təhlilçi ötən il oktyabrın 16-da Cenevrədə danışıqlarında sensasiyalı bəyanat verilmədiyini yada salır. Amma onun fikrincə, Əliyevlə Sarkisyanın paket həll sxeminə mərhələli yanaşma çərçivəsində spesifik prosesləri sürətləndirməklə bağlı razılığa gəldikləri istisna olunmur.
"Bu mövqedən baxanda, Əliyevin növbədənkənar seçki qərarı müharibəyə deyil, sülhə – növbəti bir neçə ay ərzində şərti "yol xəritəsi”nə yol açmaq məntiqinə uyğun gəlir. Düzdür, adamın buna inanmağı gəlmir. Belə anlaşmadan ötrü münaqişə tərəfləri arasında yetərincə inam olmalıdır ki, bu da indiyədək müşahidə edilməyib. Amma bir məsələ də var ki, Cenevrə görüşündən bəri Qarabağda təmas xəttində toqquşmalar səngiyib”, – təhlilçi yazır.
Müəllif ikinci ssenarinin sülhə deyil, müharibəyə apardığını qeyd edir. Belə ki, Əliyev yayadək mövqeyini möhkəmləndirir və Bakı 2016-cı ilin aprelindən sonra yeni irimiqyaslı hərbi hücuma keçir. İyunun 26-da Azərbaycan ordusu 100 illiyini qeyd edir. Bu, rəhbərlik və hərbi komandanlıqdan ötrü yubileyi yalnız hərbi paradla bayram etməməyə yaxşı fürsətdir. "İyun-iyul aylarında Qarabağda cəbhə xəttində gərginlik artacaq. Sual onun müddətinin dörd günlük aprel döyüşlərini kölgədə qoyacağı və daha intensiv müharibəyə keçib-keçməyəcəyidir”, – Mixaylov yazır.
Siyasətçi bu il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının Bakının "müharibə naryadı”nın xeyrinə olacağını iddia edir.Belə ki, Qarabağ münaqişəsində xarici qüvvə olan Rusiyanın başı idman tədbirinə qarışacaq.
"YOL XƏRİTƏSİ” ALINMASA…
"2008-ci ilin yayında Zaqafqaziya lideri (Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili nəzərdə tutulur – red.) Olimpiya oyunlarından yararlanaraq özünün revanşist planlarını gerçəkləşdirməyə çalışdı. Ovaxtkı hücum alınmadı. Amma Əliyev onu siyasi və həbi avantürada şübhəli saymağa ciddi əsas verməyib. Di gəl, Bakıda "ya indi, ya da heç vaxt" əhval-ruhiyyəsi kritik həddə yüksəlir. Prezident, ali komandan və bütün Azərbaycan siyasi reallıqlarının əsas problemini həll etmək istəyirlər və bu yay bunu gerçəkləşdirməyə ən yaxşı fürsətdir.
Növbədənkənar seçki təyin etməklə, Əliyev hər iki ssenariyə əl atmaq hüququnu saxlayır. Fikrimizcə, münaqişənin həllinin Madrid alqoritmi Azərbaycanın maraqlarına uyğundur, apreldən sonra bəzi diplomatik addımlar atıla bilər. ‘Yol xəritəsi’ ssenarisi alınmazsa, bu, hərbi əməliyyatları alovlandıra bilər. Hər iki halda, aprel-iyul aylarının Qarabağ münaqişəsinin gələcək taleyində həlledici olacağı görünür”, – siyasətçi yazır.
Amma Mixaylov onu da qeyd edir ki, Madrid sənədlərinə uyğun Azərbaycana verilə biləcək ərazilər Ermənistandan ötrü sülh və təhlükəsizlik zonasına çevrilməyəcək. Bu ərazilərdən Azərbaycan ordusu kritik hücuma hazırlıq zonası kimi yararlanacaq.
"Madrid prinsipləri Azərbaycana transfer olunacaq Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Füzulinin demilitarizasiya zonasına çevrilməsi demək deyil. Ermənistan diplomatları hətta belə bir şərtin Madrid prinsiplərinin yekun mətninə salınmasına nail olsalar belə, bu, onları müharibədən qorumayacaq. Atəşkəsin istənilən ciddi pozuntusu Azərbaycan tankları və hərbçilərinin bu zonaya girməsi və uzun müddət burada qalmasıyla sonuclanacaq”, – siyasəti vurğulayır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi