Ali məktəblər paytaxtın mərkəzindən kənar ərazilərə köçürüləcək

img

17-09-2010 [03:01]


Paytaxtın mərkəzində yerləşən ali təhsil ocaqları tədricən kənar ərazilərə köçürüləcək. Təhsil naziri Misir Mərdanov bununla bağlı ilkin hazırlıq işlərinin görüldüyünü deyib. Nazir köçürmə prosesinə nə vaxt başlanacağını açıqlamasa da, konret ali məktəblərin adlarını çəkib. Nazirin sözlərinə görə, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Pedaqoji Universitetinin inzibati binaları şəhərin mərkəzindən bir qədər kənara köçürülməlidir. O, bunun paytaxt mərkəzində sıxlığın aradan qaldırılması və təhsilin inkişaf etdirilməsi üçün vacib olduğunu qeyd edib. Təhsil nazir Bakı Dövlət Universitetinin köçürülməsinə də aydınlıq gətirib. M. Mərdanov qeyd edib ki, BDU-nın binası şəhərin mərkəzində olmadığından onun köçürülməsinə ehtiyac yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA