55 gündən sonra komadan ayılan 7 yaşlı Aydanın yardıma ehtiyacı var - VİDEO

img

06-02-2018 [15:02]


Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonundan məcburi köçkün olan Ramil Mehdizadənin ailəsinin köməyə ehtiyacı var.

Belə ki, 7 yaşlı Mehdizadə Aydan Ramil qızı ağır xəstəlikdən əziyyət çəkir. Uşağın atası Mehdizadə Ramilin sözlərinə görə, övladı ilə bağlı problem bir neçə ay öncə başlayıb.

Hazırda Biləsuvar rayonunda yaşayan ailə kömək üçün Hacı Nuranın aparıcısı olduğu "Həyat” verilişinə müraciət edib.

6 ay öncə qıcolmadan sonra iflic olan 7 yaşlı Aydanın anası övladının sağalması üçün imkanlı şəxslərdən kömək istəyib:

"Qızım bu cür xəstəliklə dünyaya gəlməyib. Mən onun taleyi ilə necə barışım?! Övladım 6 ay bundan öncə qəflətən baş ağrısı nəticəsində huşunu itirdi. Hələ də özümə gələ bilmirəm. Kömək istəyirik ki, övladımız tezliklə ayağa qalxsın”.

Atası Mehdizadə Ramil də övladının xəstəliyi ilə bağlı müraciət edib:

"2 aylıq komadan sonra qızım nə yeriyə, nə də danışa bilir. İmkanlı şəxslərdən xahiş edirik ki, bizə köməklik göstərsinlər".

(Video: 28:30 – 33:20)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA