"Bizim dildə isə "y" hərfinin ixtisar etməyə ehtiyac yoxdur" - Qulu Məhərrəmli

img

06-02-2018 [14:20]


 "Orfoqrafiya lüğəti layihəsində əks olunan qaydaların 90 faizi çox faydalıdır. Üç maddədə isə müəyyən problemlər var". 

Bunu filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli "Azərbaycan Dil Qurumu" İctimai Birliyinin Orfoqrafiya lüğəti lahiyəsinin müzakirəsi ilə bağlı keçidiyi tədbirdə deyib.

O bildirib ki, layihənin 37-ci qaydası ümumiyyətlə qaydaların ruhuna ziddir: "Y" hərfinin ixtisarında bir məntiq olmalıdır. Niyə məhz "y" hərfi, onda qoşa "s"dan da birini ixtisar edək. 37-ci qayda gələcək üçün təhlükədir. Biz başqa dillərə əsaslanmalı deyilik. Hər dilin öz qaydası var. Bizim dildə isə "y" hərfinin ixtisar etməyə ehtiyac yoxdur". 

Q.Məhərrəmlinin sözlərinə görə, dilin yazılış qaydasının danışığa uyğunlaşdırılması dili bəsitliyə aparacaq: "Qeyd etdiyim iki qaydada avtoritar yanaşma var".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA