MSK sabah seçki ilə bağlı iclas keçirəcək - Qərar veriləcək

img

05-02-2018 [17:03]


Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək.

MSK-dan verilən məlumata görə, iclas sabah - fevralın 6-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bununla bağlı Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA