Prezident nazir müavini təyin etdi - Sərəncam

img

05-02-2018 [14:35]


Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müavini təyin edib.

Bu barədə Prezidentin imzaladığı sərəncama əsasən, Elmir Tofiq oğlu Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olub. 

Qeyd edək ki, Elmir Vəlizadə 2004-cü ildən adıçəkilən nazirlikdə müavin işləyib. O, bu vəzifəyə qədər Prezident Administrasiyasında çalışıb.

Onu da bildirək ki, bu sərəncamdan əvvəl isə nazirin birinci müavini vəzifəsini icra edən Əli Abdullayev vəzifəsinə təsdiq olunub. Lakin həmin nazirlikdə uzun illər müavin olan İltimas Məmmədova yeni vəzifə verilməyib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA