"İslahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır" - İlham Əliyev

img

05-02-2018 [13:18]


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, təbrik məktubunu tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Dövlət başçısı qurultay nümayəndələrini təbrik edib. Məktubda qeyd olunub ki, həmkarlar ittifaqları müstəqillik illərində böyük inkişaf yolu keçib və vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır.

Bildirilib ki, hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb.

Məktubda qeyd olunub ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan verib: "Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyiliyin yüksəldilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu artırır”.

Dövlət başçısı vurğulayıb ki, həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır: "İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA