Bayıl sürüşmə zonasında vəziyyət necədir? - Nazirlikdən açıqlama

img

05-02-2018 [11:21]


"Hazırda Bayıl sürüşmə zonasında vəziyyət sabitdir, heç bir dəyişiklik yoxdur”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əraziyə qoyulan mayaklarda heç bir aktivlik qeydə alınmayıb: "Sakinlərin evlərinə nə zaman qayıdacağını yerli icra strukturları bilirlər. Biz təhlükəli ərazilərin dairəsini, topoqrafik xəritələri qeyd etmişik. Təhlükəli əraziyə daxil olan evlərdə yaşayan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı iki məktəbə köçürülüblər. Digərləri isə qohumlarının evində qalırlar”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA