"Əsədin əli 1 milyonunun qanına batıb, bu, nə deyir belə?" - Ərdoğandan Papa ilə görüşqabağı açıqlamalar

img

04-02-2018 [21:17]


Türkiyə prezidenti Ərdoğan bu gün Vatikana yola düşüb.

Mia.az xəbər verir ki, o, səfəröncəsi Atatürk Hava Limanında Afrin əməliyyatı haqda da açıqlama verib.

Prezident deyib ki, bu günədək 935 terrorçu məhv edilib.

Ərdoğan dünən Afrində vurulan türk tankı ilə bağlı da danışıb. Deyib ki, həmin tankın vurulduğu raketlə bağlı araşdırma aparılır: "Tam dəqiqləşəndən sonra həmin raketi verən ölkənin də adını açıqlayacağıq".

Ərdoğan CHP lideri Kamal Kılıcdaroğlunun "Suriyanın ərazi bütövlüyünü dəstəkləyiriksə, dərhal Əsədlə danışıqlara başlamalıyıq" bəyanatına isə sərt cavab verib: "O adamın əli 1 milyonun qanına batıb. Bay Kamal nə deyir belə? Bu, nə siyasətdir? Belə söhbətlər onun çapı deyil".

Onu da qeyd edək ki, Ərdoğan sabah Vatikanda Papa ilə görüşəcək. Ondan sonra isə İtaliya prezidenti və baş naziri ilə bir araya gələcək. İlkin məlumata görə, tərəflər ikili münasibətləri və Afrin əməliyyatını müzakirə edəcəklər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA