04-02-2018 [13:40]
Yerli filmlərin inkişafı təkcə rejissorlar, prodüserlər arasında yox, kinoteatrlar arasında da ciddi rəqabət yaradıb. Ancaq məsələ rəqabətlə bitmir, bəzi kinoteatrların rəqabəti elə bir həddə çatıb ki, biri o birində nümayiş olunan filmlərə qadağa qoyur.
Mia.az xəbər verir ki, mövzuyla bağlı Teleqraf.com-un suallarını cavablandıran tanınmış rejissor Kənan MM-in sözlərinə görə, biletdən əldə olunan gəlirin 60%-inə yiyələn kinoteatrlar inkişafda olan Azərbaycan kinosuna yalnız mane olurlar.
"Lori dildə desək, 100 manat puldan 36 manat pul bizə qalır. Bu da o deməkdir ki, film çəkməyin, vəssalam. Sözün əsl mənasında monopoliya var. Bir yandan da iki kinoteatrın arasında qalmaqalın olması vəziyyəti daha da qəlizləşdirir. Belə olan halda yerli filmlər necə inkişaf edə bilər? Özü də bu rəqabət sırf Azərbaycan filmlərinə aiddir. Xarici filmləri hər iki kinoteatr da normal şəkildə yayımlayır. Nəticə etibarilə "Allah Azərbaycan kinosuna rəhmət etsin" deyə bilərik”.
"Oğlan evi” filminin rejissoru İlham Qasımov da kinotetarların bu addımını haqsızlıq kimi qiymətləndirir:
"Təbii ki, hamı kimi mən də bu vəziyyətdən narahatam. Müasir kommersiya filmləri təzə-təzə inkişaf etməyə başlayır, onun da qarşısını kəsirlər. Bizim filmlərimiz hələ o səviyyəyə çatmayıb ki, tamaşaçılar hansısa filmdən ötəri durub kinoteatra gəlsinlər. Əyləncə mərkəzlərində hansı filmlə qarşılaşırlarsa, ona da baxırlar. Əgər bir kinoteatrda film nümayiş olunmursa, heç kəs özünə əziyyət verib, o biri kinoteatra getmək istəməz. İki kinoteatr arasındakı soyuq münasibət 60% tamaşaçı itkisi deməkdir. Bunun maddi tərəfi bir yana qalsın, mənəvi tərəflərini düşünmək lazımdır. Dünya təcrübəsini hələ ki, bizdə tətbiq etmək olmaz. Şərti olaraq filmin reklam işlərini də öz üzərinə götürürlər, ancaq 2 reklam afişasından başqa heç nə etmirlər. Bu, haqsızlıqdan başqa bir şey deyil”.
Tanınmış kinoprodüser Orxan Mərdan da məsələnin kifayət qədər ciddi olduğunu və bu qalmaqalın davam edəcəyi halda Azərbaycan filminin məhvinə səbəb olacağını deyir:
"Maddi tamah iki kinoteatr arasında gərgin vəziyyət yaradıb. Artıq özləri də film istehsalına başlayıblar. Şəxsən mən bu mövzuyla bağlı bir neçə dəfə etiraz etmişəm, nazirliyə şikayət də etmişik. Nazirlik bu məsələyə uzun müddət sərt mövqedən çıxış etsə də, nazirliyin sifarişi ilə "Azərbaycanfilm”in istehsalı olan "Yoxdur belə söhbət” filmini "CinemaPlus”dan başqa heç bir yerdə nümayiş etdirə bilmədi. Hətta "CinemaPlus” filmin Nazirliyin öz balansında olan "Nizami Kinoteatrı”nda da nümayişinə icazə vermədi. Belə olan halda bizim Nazirlikdən də ümidimiz üzüldü.
Bu məsələ tezliklə çözülməlidir. Necə olur ki, hər iki tərəf xarici filmləri göstərir, ancaq yerli filmləri yox? Biz tamaşaçıları əziyyətlə kinoteatrlara çağıra bilmişik. Biz deyəndə İlkin Həsənini, Zaur Mirzəzadəni, Müşfiq Şahverdiyevi nəzərdə tuturam. İndi biz tamaşaçılara necə deyək ki, sən mənim kinomu izləmək istəyirsənsə "ParkCinema”ya getmə, "CinemaPlus”a get. Axı hələ o səviyyəyə çatmamışıq. Öz istehsalımız olan filmlərə qarşı bu cür mövqe düşmənçilikdən başqa bir şey deyil”.
Qeyd edək ki, son vaxtlar "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” şəbəkəsi arasında baş verən qalmaqal səngimək bilmir. İki şəbəkə arasındakı soyuq münasibət yenicə inkişaf etməyə başlayan kino bazarına və film istehsalına böyük zərbə vurur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi